Please wait...

SAYTDAN İSTİFADƏ QAYDALARI

Saytdan istifadə üçün təlimat videosuna baxa bilərsiniz : https://youtube.com/watch?v=65dc8icljDk&feature=shares 

 

Biletim.az saytı vətəndaşlara plastik kartlardan istifadə etməklə veb səhifə və mobil tətbiq vasitəsi ilə şəhərlərarası hərəkət edən müntəzəm reyslərə “Onlayn” rejimində sərnişin biletlərinin alınması üçün xidmətlər təklif edir.

Web-saytın və mobil tətbiqlərin köməyi ilə, siz şəhərlərarası hərəkət edən müntəzəm reyslərdəki istənilən təyinat məntəqəsinə sərnişin biletini sifariş verə bilərsiniz.

İnternet vasitəsi ilə aparılan sifarişlər üzrə ödənişlər plastik kartlar vasitəsi ilə həyata keçirilir.

Onlayn tətbiqlər vasitəsi ilə bir əməliyyatla ən çoxu 4 bilet əldə etmək mümkündür.

Biletlərin alınması üçün Biletim.az səhifəsindən, Biletim mobil tətbiqindən gediş haqqını plastik kartla ödəmiş istifadəçi, gediş biletini şəhərlərarası marşrutlarda reysin yola düşməsinə 30 dəqiqə az olmamaqla sürücüyə QR-kod əsaslı biletini təqdim etməklə səyahətinə davam edə bilər.

Boş yerlərin axtarılması üçün aşağıda qeyd olunan məlumatları daxil edin:

  • Təyinat məntəqəsini daxil edin.
  • Gediş üçün istədiyiniz tarixi seçin. Bu tarix sizin yola düşmək istədiyiniz tarix hesab edilir. Sərnişinlərin sayını daxil edin.Sərnişin sayı 5 nəfərdən çox olmamalıdır.
  • Müvafiq pəncərədə seçdiyiniz təyinat məntəqəsi, gediş qiyməti göstərilməklə, əlavə olaraq təyinat məntəqəsindən keçən reys, reysə xidmət edən daşıyıcı, reysə cəlb edilən nəqliyyat vasitəsinin markası, tutumu, boş yerlərin sayı sizə məlumat olaraq təqdim olunur.
  • Əgər təqdim edilən reyslərdə sizi qane edən reys varsa müvafiq pəncərədə həmin reyslərin siyahısı və avtobusun sxemi təqdim edilir.
  • İstifadəçi getmək istədiyi oturacaq yerlərini cinsinə uyğun seçir və yer seçildikdən sonra seçilmiş yeri ləğv etmək üçün həmin yerin üstündə x işərəsini klikləyərək silə bilər.
  • Oturacaq yeri seçildikdən sonra ,sərnişinlərə aid məlumatlar (şəxsiyyəti təsdiq edən sənədin №-si,və fin kod ) daxil edilir.
  • Şəxsiyyət vəsiqə №-si və fin kod daxil edildiyi zaman ad ,soyad avtomatik olaraq qeyd olunacaqdır.
  • Hər bir sərnişin 1 reys üçün sadəcə 1 ədəd bilet əldə edə bilər. Digər halda portal qəbul etməyəcəkdir.

Sorğunuza cavab veriləndən sonra plastik kart vasitəsilə ödəniş edin.

Qeyd etdiyiniz reyslərdə yer olmadıqda  digər reysləri nəzərdən keçirmək lazımdır.

Qeyd: 5 yaşdan 10 yaşadək olan sərnişinlər üçün uşaq bileti şəxsiyyət vəsiqəsi təqdim edilməklə alınır. Uşaq bileti sərnişin biletinin qiymətinin 50%-ni təşkil edir. Valideynlərdən biri 5 yaşadək bir uşağını özü ilə pulsuz aparmaq hüququna malikdir. Sərnişin 5 yaşadək ikinci, üçüncü və s. uşaqlarını da özü ilə aparmaq istədiyi halda həmin uşaqların hər birinə uşaq bileti almalıdır. Uşaqlı sərnişinlər avtobusa minərkən uşağın doğum haqqında şəhadətnaməsini perron nəzarətçisinə təqdim etməlidir. 10 yaşı tamam olan uşaqlar isə gediş bileti tam tariflə verilir.

Sonda sistem seçdiyiniz təyinat məntəqəsi üzrə: marşrut, reys, yola düşmə tarixi və saatı, yola düşmə perronu, avtobusun markası, yerin nömrəsi, eyni zamanda qeyd olunan sərnişinlər və gediş parametrinə uyğun olaraq gediş haqqı tarifləri barədə məlumatları sizə təqdim edəcəkdir.

Sonda sistem üzərindən Qr-kod əsaslı onlayn bilet aldığınız zaman həmin bilet sizin şəxsi kabinetinizdə biletlərim hissəsində qeyd olunacaqdır. Avtobusa əyləşməzdən əvvəl Qr-kod u və ya Qr-kod-un altında qeyd edilən kod u avtobus sürücüsünə təqdim etməlisiniz.

Sərnişin barədə məlumatların sistemə düzgün daxil edilməsinə görə istifadəçi məsuliyyət daşıyır

Gediş sənədində sərnişin barədə məlumatlar böyük hərflərlə  şəxsiyyəti təsdiq edən sənəddə göstərilmiş şəkildə daxil edilir. İstifadəçi sərnişini uşaq göstərdiyi halda  sərnişin biletinin alınması zamanı mütləq uşaqın şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeydiyyatdan keçərkən adınızı, soyadınızı, elektron ünvanınızı, əlaqə telefonunuzu daxil etmək lazımdır. Bu zaman məlumatların dəqiqliyinə diqqət yetirmək vacibdir. Məlumatların daxil edilməsi ilə yanaşı istifadə qaydaları ilə tanış olun və razı qaldığınız halda Qeydiyyat düyməsini sıxın. Onlayn bilet bölməsində qeydiyyatdan keçən istifadəçi ona verilən login və paroldan müddətsiz və limitsiz istifadə edə bilər.

Gediş haqqının ödənilməsi

Gediş sənədlərinin alınması üçün əməliyyatlar plastik kartları vasitəsi ilə aparılır. Bank tərəfindən müəyyən olunmuş prosedurları keçdikdən sonra əməliyyat aparılır. Əməliyyat başa çatdıqdan sonra aldığınız biletlər, marşrut, reys, avtobusun markası, yola düşmə tarixi, saatı, yola düşmə perronu, yerin nömrəsi, sərnişinlər və s. məlumatlar sizə təqdim olunacaqdır. Bu məlumatlar həmçinin sizin elektron ünvanınıza da göndərilə bilər. 

Gediş

Sərnişin şəhərlərarası marşrutlarda reysin yola düşməsinə 30 dəqiqə qalmış , Biletim portalı vasitəsilə aldığı QR-kod əsaslı bilet və şəxsiyyətini təsdiq edən sənəd ilə N/V-inin sürücüsünə və ya Perron nəzarətçisinə təqdim etməklə səyahətinə davam edə bilər.

Hər hansı bir anlaşılmazlıq yaranarsa kassalara müraciət edə bilərsiniz. Yadda saxlamaq lazımdır ki, sərnişinin N/V-sinə minməsinə yalnız öz adına sənədləşdirilmiş biletlə icazə verilir. 

Qeyd: Hər bir sərnişin şəhərlərarası avtobus marşrutlarında ölçüləri 60x40x20sm-dən çox olmayan və çəkisi 16 kq-dan artıq olmayan bir yükü salonda sərnişinlərə maneçilik törətməmək şərti ilə pulsuz aparmaq hüququ vardır. Bundan başqa hər bir sərnişin, ölçüləri 100x50x30 sm-dən və ya çəkisi 16 kq-dan çox olmayan iki yükü baqaj haqqı ödənilməklə apara bilər.

İnternet vasitəsi ilə sifariş olunan yerlərin başqasının adına dəyişdirilməsi hallarına yol verilmir.

İstifadə olunmayan biletlərin qaytarılması

Sərnişin istifadə olunmayan biletlə və şəxsiyyətini təsdiq edən sənədlə birlikdə avtovağzalın kassasına vaxtında (geri qaytarma qaydalarının müddətlərinə uyğun olaraq) təqdim edildkdə geri qaytarılma əməliyyatı aparılır. Biletə görə qaytarılan vəsait ,beynəlxalq ödəmə sistemi qaydalarına müvafiq olaraq sənədləşmənin aparıldığı andan 7 təqvim günündən 10 təqvim gününədək hesab nömrənisə qaytarılır.

Sərnişin , mobil və ya veb biletim.az səhifəsindən bilet əldə edibsə, o zaman saytdan və ya mobil tətbiqdən "BİLETLƏRİM" hisəsinə daxil olaraq bileti geri qaytara bilər.