Please wait...

HAQQIMIZDA

 

Şəhərlərarası marşrutlara Qr-kod əsaslı onlayn bilet almaq üçün sərnişinlər Biletim.az saytından, Avtovağzalların kassalarından, ios, və android mobil əlavələrindən  istifadə etməklə biletlərini əldə edə bilərlər.

Sərnişinlər Biletim.az saytından, ios və android mobil əlavələrindən QR-kod əsaslı bilet əldə etdikləri zaman avtovağzalın kassalarında fiziki bilet əldə etmədən QR-kod əsaslı biletini sürücüyə təqdim edərək səyahətlərinə davam edə bilərlər.

Qabaqcadan satış zamanı avtobusdakı oturacaqların sayı 100% aktiv halda təqdim olunur. Məntəqələrdə bilet satışı avtobus məntəqədən yola düşməsinə 5 dəqiqə qalmış dayandırılır. Sərnişin onlayn bileti 10 gün öncədən ala bilər.

İstər mobil əlavədən istər kassalardan alınan biletlərin üzərindəki QR-kod mütləq qaydada sürücüyə təqdim edilməlidir.

 Uşaq qiymətləri qanun vericilik ilə tənzimlənir.

·          Şəhərlərarası marşrutlarada yola düşən 5 yaşından 10 yaşına qədər uşaqlara biletin dəyərinin 50% həcmində güzəştli bilet satılır.

·          Sərnişinin 5 yaşına qədər olan bir uşağı pulsuz aparmaq hüququ vardır, bir şərtlə ki, əgər uşaq ayrıca oturacaq yeri tutmursa. Əgər yer  tutursa 50% endirim ilə bilet almalıdır.

  Hansı halda sərnişinlərə bilet satıla bilməz :

    ·        Avtobusda yer olmadığı halda

    ·        Sərnişin sərxoş halda olarsa

    ·        Şəxsiyyət vəsiqəsi olmayan kiçik sərnişinlərə və valideyn müşayiəti olmayan uşaqlara