Please wait...

 

ÖDƏNİŞ QAYDALARI

 

Sərnişin bileti onlayn plastik  kart vasitəsi ilə və yaxud kassaya yaxınlaşaraq nağd əldə edə bilər.

Biletim.az mobil tətbiq vasitəsi ilə şəhərlərarası hərəkət edən müntəzəm reyslərə bilet ala bilər. Biletdə sərnişinin adı , soyadı, məntəqələrin adları , məntəqədən çıxma və məntəqəyə çatma vaxtı, sərnişinin seçdiyi yer , biletin nömrəsi və avtobusun nömrəsi qeyd olunur.

Qeyd : Mobil tətbiq vasitəsi ilə qeydiyyatdan keçən hər bir sərnişin yalnız 5 nəfər üçün bilet əldə etmək hüqüquna malikdir.

Sərnişinlər bilet əldə etmək üçün şəxsiyyət vəsiqə nömrəsini və fin kodunu daxil etdikdən sonra, ödəniş pəncərəsinə keçid edə bilərlər.

Ödəniş pəncərəsində plastik kart məlumatlarını daxil edərək ödəniş prosesini sonlandıra bilərlər.

Ödəniş uğurlu keçdiyi təqdirdə Qr-kod əsaslı bilet şəxsi kabinetlərində təqdim olunacaqdır.

Sərnişin avtobusa yaxınlaşan zaman, Biletim portalı və kassalardan əldə etdiyi biletin üzərindəki QR-kodu və şəxsiyyətini təqdim edən sənədlə birlikdə sürücüyə təqdim etməlidir.

Kassalardan bilet əldə etmək üçün ödənişlər nağd və plastik kart vasitəsilə həyata keçirilir.

Qeyd : Yadda saxlamaq lazımdır ki, sərnişin yalnız öz adına olan biletlə səyahət edə bilər.

Biletlər yalnız səyahət edən şəxsin adına olmalıdır. Əks halda həmin bilet keçərli olmayacaqdır.

Reysin yola düşməsinə 5 dəqiqə qalmış bilet satışı kassalardan , mobil tətbiqdən və Biletim.az səhifəsindən həmin reys üçün dayandırılacaqdır.